RU

Şahin Mustafayev: Azərbaycan Rusiya münasibətləri müttəfiqlik ruhunda inkişaf edəcək

Apa.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycan-Rusiya münasibətləri müttəfiqlik ruhunda inkişaf edəcək.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Zəngilan şəhərində keçirilən Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökümətlərarası Komissiyanın 24-cü iclasında çıxışı zamanı deyib.

“Biz əminik ki, münasibətlərimiz 2022-ci il Bəyannaməsinə uyğun olaraq dostluq, qarşılıqlı etimad və müttəfiqlik ruhunda bundan sonra da inkişaf edəcək”, - o qeyd edib.

Şahin Mustafayev qeyd edib ki, bu baxımdan ötən ilin 9 oktyabr tarixində Düşənbə şəhərində Azərbaycan və Rusiya prezidentlərinin görüşünün nəticələri xüsusi əhəmiyyət kəsb edib.

O vurğulayıb ki, həmin görüş ikitərəfli əməkdaşlıqda yeni səhifə açıb və gələcək inkişaf prioritetlərini müəyyənləşdirib.

Baş nazirin müavini əlavə edib ki, yüksək səviyyəli təmasların mütəmadi xarakter daşıması tərəflərin qarşılıqlı faydalı tərəfdaşlığın daha da möhkəmləndirilməsində maraqlı olduğunu aydın şəkildə göstərir.

“Əminəm ki, bu gün keçirilən Hökumətlərarası Komissiyanın 24-cü iclası çərçivəsində dialoqumuzun müsbət dinamikasını qoruyacaq və əldə olunmuş razılaşmaların inkişafını davam etdirəcəyik”, - o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
3
5
apa.az

6Источники