RU

FTX Zaporojyedə Rusiya hərbi birləşmələri haqqında Kiyevə məlumat ötürən bir nəfəri saxlayıb

Federal Təhlükəsizlik Xidməti (FTX) Rusiya texnikasının hərəkəti və qoşunların yerləri barədə məlumatı Ukrayna kəşfiyyat xidmətinə ötürən Zaporojye sakinini saxlayıb.

Herbiand.az Rusiya mətbuatına istinadən bildirir ki, həbs olunan şəxs məhkəməyə qədər təcridxanaya göndərilib.

53 yaşlı kişi həm dövlətə xəyanətdə, həm də Rusiya qoşunları haqqında məlumatı Ukrayna kəşfiyyat xidmətlərinə ötürməkdə ittiham olunur.

Qeyd edilib ki, Ukrayna Silahlı Qüvvələri onun ötürdüyü məlumatdan Rusiya ərazisinə raket və bomba zərbələri planlaşdırmaq üçün istifadə edib.

Bəxtiyar CƏFƏRLİ

Избранный
32
herbiand.az

1Источники