RU

"Kimsəsiz uşaqların ailə mühitinə qaytarılması vacibdir" – Ekspert

Uşaqların ailə mühitində böyüməsi onların sağlam psixoloji və sosial inkişafı üçün ən vacib amillərdən biri hesab olunur. Buna baxmayaraq, müxtəlif səbəblərdən valideyn himayəsindən məhrum olan uşaqların sayı hələ də aktual sosial problemlərdən biri olaraq qalır.

Kimsəsiz uşaqların ailə mühitində böyüməsi onların sağlam inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu fikirləri Zenfira Mustafayeva – Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri QHT.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, bəzi hallarda uşaqlar valideyn himayəsindən məhrum qalır ki, bu da valideynlərin vəfat etməsi, övladdan imtina və ya uşağın tərk edilməsi kimi səbəblərlə bağlı olur. Belə uşaqlar dövlət tərəfindən himayəyə götürülərək uşaq evlərinə, sosial sığınacaqlara və internatlara yerləşdirilir.

O qeyd edib: "Uşaq psixikasının sağlam formalaşması üçün ən əsas ehtiyac sabit sevgi, təhlükəsizlik və emosional bağlılıqdır.Sağlam ailədə böyüyən uşaq özünü dəyərli hiss edir, güvən duyğusu formalaşır və gələcək münasibətlərində daha stabil olur.Lakin hər ailə bu ehtiyacları qarşılamır. Narkotik asılılıq,zorakılıq, laqeydlik və ya istismar olan mühitdə böyümək uşağın psixikasında dərin travmalar yaradır. Belə hallarda uşağın ailədə qalması deyil, o mühitdən uzaqlaşdırılması daha sağlam seçim olur. Bu nöqtədə uşaq evləri  zəruri qoruyucu mühit rolunu oynayır.Araşdırmalar göstərir ki, uşaq evlərində böyüyən uşaqlarda emosional bağlılıq problemləri, tərk edilmə qorxusu və sosial adaptasiya çətinlikləri daha çox müşahidə oluna bilər. Bunun səbəbi isə fərdi diqqətin və davamlı emosional bağın məhdud olmasıdır. Yəni burada problem mühitin “pis” olması deyil, ana-ata bağlılığının yerini tam doldura bilməməsidir.Nəticə olaraq demək olar ki, ən yaxşı mühit – sağlam və təhlükəsiz ailədir. Amma belə bir ailə yoxdursa, uşağın zorakı və dağıdıcı mühitdə qalmaqdansa, qoruyucu sistemə keçməsi daha doğrudur".

"Uşağın inkişafında genetik faktorlar müəyyən rol oynasa da, psixologiya göstərir ki, mühit, sevgi və düzgün yanaşma bu təsiri ciddi şəkildə formalaşdırır və yönləndirir. Övladlığa götürmə zamanı uşağın keçmişi və mümkün risk faktorları nəzərə alınmalıdır, lakin bu, onun gələcəyinin əvvəlcədən müəyyən olunduğu anlamına gəlmir. Sağlam emosional bağ, sabitlik və dəstək mühiti uşağın psixoloji inkişafında həlledici rol oynayır".- deyə Zenfira Mustafayeva açıqlamasında vurğulayıb.

Zəhra Ağayeva

Избранный
34
qht.az

1Источники