RU

Ermənistanda seçkiöncəsi rüşvət faktları üzrə 14 nəfər saxlanılıb


Ermənistanda seçkiöncəsi rüşvətin verilməsi və alınmasında şübhəli bilinən 14 nəfər saxlanılıb.

Ermənistan mediasının məlumatına görə, bu barədə ölkənin Korrupsiyaya qarşı Mübarizə Komitəsindən bildirilib.

Qurumdan ehtiyac yaranacağı halda əlavə məlumatın veriləcəyi vurğulanıb.

Daha öncə "Güclü Ermənistan" partiyasının mətbuat katibi Marianna Kaxramanyan bildirmişdi ki, partiyanın 15 tərəfdarı saxlanılıb və onlardan birinə qarşı ittiham irəli sürülüb.

Qeyd edək ki, bundan öncə parlament seçkilərinin təyin olunmasından sonrakı müddətdə qüvvədə olan xeyriyyəçiliyə qadağanın pozulması ittihamı ilə "Güclü Ermənistan" partiyasının üzvləri Qoar Qumaşyan və Verjine Stepanyan saxlanılmışdı. Onlar daha sonra inzibati nəzarət altında sərbəst buraxılıblar.

Избранный
52
4
apa.az

5Источники