RU

Kahramanmaraşdakı faciədə ölənlərin sayı 10-a çatıb

Türkiyənin Kahramanmaraş bölgəsində məktəbə edilən hücumda yaralanan Yusuf Tarık Gülü xəstəxanada bütün səylərə baxmayaraq xilas etmək mümkün olmayıb.

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, bununla hücumda həyatını itirənlərin sayı 10-a çatıb.

Hadisədə məktəbin riyaziyyat müəllimi Ayla Kara və şagirdləri Furkan Sancak Balal, Bayram Nabi Şişik, Belinay Poyraz, Zeynep Kılıç, Şuranur Sevgi Kazıcı, Kerem Erdem Gürgör, Adnan Göktürk Yeşil və hücum edən İsa Aras Mersinli həyatını itirib.

Qeyd edək ki, məktəbə hücumda həyatını itirən müəllim və şagirdlər bu gün dəfn olunacaqlar.

İlahə Qənbərli

Missiya.Az

Избранный
38
missiya.az

1Источники