RU

Ən yaxın müttəfiqlər düşmənə çevrilir?-Sensasion İDDİA

“Bu gün ABŞ-nin apardığı siyasət dünyada əksər dövlətlər tərəfindən qəbul edilmir, çünki bu siyasət köhnə nizamı qırıb yeni bir quruluş yaratmağı hədəfləyir”.

Bu fikri Editor.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

 

Onun sözlərinə görə, ABŞ-nin köhnə qaydalarla dünyanı idarəetmə siyasəti artıq sıradan çıxır:

“Çünki ABŞ özü köhnə qayda ilə idarə etmək istəmir və ya bunu artıq bacarmır. Dünya dövlətləri ABŞ-ın ortaya qoyduğu bu siyasətə özünəməxsus şəkildə cavab verirlər. Kimisi bu siyasətdən narazılığını açıq şəkildə bildirir, kimi də Vaşinqtonun gücündən hələ də ehtiyat edərək susmağı üstün tutur. Böyük Britaniya isə öz sözünü deyən və siyasətini aparan qlobal güclərdən biridir. Keir Starmerin bəyanatları da BB-nın ABŞ ilə münasibətdə fərqli mövqe tutduğunu sübut edir. Bu mövqe Donald Trampın xoşuna gələcəkmi? Təbii ki, yox. Amma Trampın istəyinə uyğun bəyanatlar səsləndirmək və siyasət yeritmək Böyük Britaniya üçün nüfuz itkisinə gətirib çıxarardı. Bu isə onun gözdən düşməsinə səbəb olacaqdı. Digər tərəfdən Trampın apardığı siyasətin ziyanını görən təkcə Böyük Britniya deyil axı. Böyük Britaniya həm də digər Avropa dövlətlərinin səsini ucaldır. Bu fərqli baxışın ABŞ ilə Böyük Britaniya arasında hərbi qarşıdurmaya qədər inkişaf edəcəyini düşünmürəm. İlk növbədə ona görə ki, vəziyyətin daha da kəskinləşməsi üçün tələb olunan zaman Trampda yoxdur. Yəni iki ildən sonra o hakimiyyətdən gedəcək. Digər tərəfdən Böyük Britaniya ilə qarşıdurmanın hərbi müstəviyə keçməsi daxildə Trampa və onun təmsil olunduğu partiyaya ciddi ziyan vura bilər”.

//Gülnarə Abasova, Editor.az

Избранный
24
editor.az

1Источники