RU

BRAND CREDİT BOKT maliyyə göstəricilərini açıqladı HESABATLAR VƏ AUDİTORUN RƏYİ

ain.az, Marja.az portalına istinadən məlumat verir.

XALİS MƏNFƏƏTİ ARTIB

"Brand Credit" BOKT MMC 2025-ci ili 765 min manat xalis mənfəət ilə başa vururb. BOKT 2024-cü ili 653 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Brand Credit" BOKT-ın xalis mənfəəti 2025-ci ildə 2024-cü illə müqayisədə 112 min manat və ya 17,2% artıb. Xalis mənfəətin artması - müştərilərə verilən kreditlərin artması və faiz gəlirlərinin yüksəlməsilə əlaqədardr.

FAİZ GƏLİRLƏRİ ARTIB

"Brand Credit" BOKT-ın faiz gəlirləri 2024-cü ildə 2 milyon 107 min manat ikən, 2025-ci ildə 2 milyon 390 min manata yüksəlib (283 min manat və ya 13,4% artıb).

TƏŞKİLAT BÖYÜYÜB

Ötən il "Brand Credit" BOKT-ın cəmi aktivləri 2 milyon 49 min manat və ya 30% artaraq 31 dekabr 2025-ci il tarixində 8 milyon 857 min manat təşkil edib. Cəmi aktivlərin artması əsasən kredit portfelinin böyməsindən qaynaqlanır. 

MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏRİ ARTIRIB

2025-ci ildə "Brand Credit" BOKT-ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 1 milyon 401 min manat və ya 23,5% artaraq 7 milyon 351 min manata çatıb. Təşkilat 2024-cü ilin sonunda 5 milyon 950 min manat kredit portfelinə malik idi. 

1,9 MİLYON MANAT NİZAMNAMƏ KAPİTALINA MALİKDİR

"Brand Credit" Azərbaycanda 2011-ci ildən fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. "Brand Credit" Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 21.11.2011-ci il tarixli BKT -9 saylı Lisenziyasına əsasən 900 min manat nizamnamə kapitalı ilə fəaliyyətə başlamışdır. Hazırda 1 milyon 900 min manat olan nizamnamə kapitalına malik olan "Brand Credit" BOKT 3 fiziki şəxsə məxsusdur. 

"Brand Credit" BOKT MMC-nin 31 dekabr 2025-ci il tarixində bitən il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanmış maliyyə hesabatları və Auditorun rəyi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
12
1
marja.az

2Источники