RU

Qarabağda inşa olunan körpü və tunellərin sayı açıqlandı VİDEO

Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.

AAYDA işğaldan azad olunmuş ərazilərdə yol layihələrinin tikintisinə dair məlumat açıqlayıb.Bu barədə Bizim.Media-ya qurumdan məlumat verilib.Bildirilib ki, ümumi uzunluğu 3 878,1 km olan 68 layihə üzrə tikinti işlərinin aparılması nəzərdə tutulur.Ümumi uzunluğu 1 454,3 km olan 30 layihə üzrə tikinti işləri başa çatdırılıb.Hazırda ümumi uzunluğu 2 432,8 km olan 38 layihə üzrə tikinti işləri davam etdirilir.Tunellər:Ümumi uzunluğu 71,2 km olan 48 tunelin tikintisi nəzərdə tutulur.Ümumi uzunluğu 13,6 km olan 7 tunelin tikintisi başa çatdırılıb.Ümumi uzunluğu 57,6 km olan 41 tunelin tikintisi davam etdirilir.Körpülər:Ümumi uzunluğu 9 581,6 metr olan 447 körpünün tikintisi nəzərdə tutulur.Ümumi uzunluğu 8 839,1 metr olan 392 körpü artıq inşa edilib.Viaduklar:Ümumi uzunluğu 3 871 metr olan 16 viadukun tikintisi nəzərdə tutulur.Ümumi uzunluğu 1 965 metr olan 9 viadukun tikintisi başa çatdırılıb.Bildirilib ki, yol infrastrukturunun genişmiqyaslı bərpası davam etdirilir.

Naibə Məmmədova, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
22
18
bizim.media

10Источники