RU

Bəyənmədikləri layihələrin naharında dönər yeyib, bəh bəhlə işləyirlər Sərt tənqid

Azxeber.com portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Yaxşı filmin çəkilməsi üçün mənə görə dörd-beş faktor var. Ssenari, ssenari, ssenari, ssenari və pul".

AZXEBER.COM xəbər verir ki, bu sözləri aktyor Türkay Cəfərli deyib.

"Mədəni şou"da qonaq olan aktyor həmkarlarının narazı qaldəqları şərtlərə baxmayaraq layihələrdə yer almalarını tənqid edib:

"Yaxşı filmin çəkilməsi üçün mənə görə dörd-beş faktor var. Ssenari, ssenari, ssenari, ssenari və pul. Kino əslində yaxşı biznesdir, sadəcə bizdə bazar iqtisadiyyatına düşüb. Amma verilən pul və yazılan ssenari yaxşı olsa, Azərbaycanda yaxşı filmdən söhbət gedə bilər. İrəliləyişlər var, lakin bu hələ 30 faizdir. Çünki günah bizim özümüzdədir. Əsas məqsədimiz odur ki, kütləninin çox hissəsinin beynini dəyişə bilək. Büdcə və ssenari də bəziləri tərəfindən yeyildiyinə görə film sahəmiz kasaddır. 

Bəzi aktyorlarımız mövcud vəziyyəti bəyənməsələr də, gedib o filmlərə çəkilirlər. Problem də bundadır. Heç kim ac deyil, kişi başqa işdə də işləyə bilər. Şikayət edib, amma gedib o layihələrdə bəh-bəhlə bir dönər yeyib işləyirlər, öz geyimlərini filmdə geyinirlər. Çəkiliş meydançasında hərə öz işini bilsə, nə qədər səmimiyyət olmasa, o qədər yaxşıdır".

Aysel

Bu gönderiyi Instagram'da gör

ARB TV (@arbtv.az)'in paylaştığı bir gönderi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
13
azxeber.com

1Источники