RU

Almatıda KazGASA-nın 45 illiyi: Fond prezidenti çıxış etdi

13 aprel 2026-cı il tarixində Qazaxıstanın Almatı şəhərində KazGASA və Beynəlxalq Transmilli Təhsil Assosiasiyasının (ITEA) birgə təşkilatçılığı ilə "Yaradıcı iqtisadiyyat üçün rəqəmsal memarlıq, inşaat və süni intellekt" mövzusunda beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb. Qeyd olunmalıdır ki, bu mötəbər tədbir Qazaxıstan Baş Memarlıq və İnşaat Akademiyasının (KazGASA) 45 illik yubiley tədbirlərinin rəsmi açılışı kimi çıxış edir.

Publika.az xəbər verir ki, tədbirin rəsmi açılış mərasimində fəxri qonaq qismində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor xanım Aktotı Raimkulova, ilk növbədə, Qazaxıstanın memarlıq və inşaat sahəsində aparıcı ali təhsil müəssisələrindən biri olan Qazaxıstan Baş Memarlıq və İnşaat Akademiyasının (KazGASA) yaranmasının 45 illik yubileyi münasibətilə təbriklərini çatdırıb.

Professor Aktotı Raimkulova çıxışında 2025-ci ildə Akademiya daxilində Fondun dəstəyi ilə yaradılmış Türk Mədəniyyəti və İrsi Mərkəzinin fəaliyyətinə xüsusi diqqət çəkib. Bildirilib ki, sözügedən mərkəz türk dünyasının ortaq mənəvi dəyərlərinin tədqiqi, tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm elmi-mədəni platforma kimi çıxış edir.

KazGASA ilə əməkdaşlığın perspektivlərinə də toxunan Fondun prezidenti qeyd edib ki, mövcud tərəfdaşlıq yalnız hazırkı layihələrlə məhdudlaşmayacaq, gələcəkdə birgə elmi və təhsil təşəbbüsləri daha da genişləndiriləcək.

Избранный
18
4
publika.az

5Источники