RU

Layihənin əsas məqsədi təhsil prosesində inklüzivliyin təmin olunmasıdır Rektor

ain.az, Unikal.az portalına istinadən məlumat verir.

Bu gün Bakı Slavyan Universitetində növbəti beynəlxaq tədbir - “İnklüziv təhsildən inklüziv cəmiyyətə; dayanıqlı və inklüziv universitet modeli” adlı konfrans keçirilir.

Bunu “Unikal”a açıqlamasında BSU-nun rektoru Anar Nağıyev deyib. 

Onun sözlərinə görə, artıq 4 ildir bu layihəyə baş tutur: 

“Layihənin əsas məqsədi təhsil prosesində inklüzivliyin təmin olunmasından ibarətdir. Layihə bir neçə mərhələdən təşkil olunub. Və hədəfimiz təhsilin təşkilində hər kəsin bərabər şəkildə inkişafı baxımından məzmun və bacarıqlarını yaradılmasında və inkişafında rol oynamaqdan ibarətdir. Fiziki qüsurlu, sağlamlıq imkanları məhdud olan insanların təhsilin təşkil olunmasında xidmət edən dövlət proqramı ölkə rəhbərimiz tərəfindən imzalanmışdır. Dövlət proqramı çərçivəsində də ali təhsil müəssisələrinin üzərinə qoyulmuş tələblərdən biridir. Həmçinin, pedaqoji kadr hazırlığında inklüziv təhsilin tələblərini nəzərə almasından ibarətdir. BSU da bu istiqamətdə də öz fəaliyyətini davam etdirir. Biz ənənə olaraq hər il bu beynəlxalq konfransı aprel ayında təşkil edirik. Aprel ayı həm də Beynəlxalq Autizm ayıdır. Konfransın builki çağırışı dayanıqlı və inklüziv universitet modeli adlanır. Biz bu proses çərçivəsində Ali təhsil müəssisələrinin həm bir müəssisə olaraq, həm də hər hansı şəkildə inklüziv modelinin yaranma prosesinə şərait yaradırıq”.

Qeyd edək ki, bu gün Bakı Slavyan Universitetində “İnklüziv təhsildən inklüziv cəmiyyətə: dayanıqlı və inklüziv universitet modeli” (İTİC2026) adlı IV beynəlxalq elmi-praktik konfransı keçirilir. Konfransın əsas məqsədi inklüziv təhsilin nəzəri və praktik aspektlərinin müzakirəsi, ali təhsil müəssisələrində inklüziv universitet modelinin formalaşdırılması və inkişaf istiqamətlərinin araşdırılması, həmçinin inklüziv təhsilin dayanıqlı cəmiyyətin qurulmasındakı rolunun elmi əsaslarla təhlil edilməsidir. Konfransda Türkiyə və Polşa Respublikalarının aparıcı ali təhsil müəssisələrinin nümayəndələri, İstanbul millət vəkili Serkan Bayram, ali və orta ixtisas təhsil müəssisələrinin professor-müəllim heyəti, tədqiqatçılar, doktorant və magistrantlar, inklüziv təhsil sahəsində çalışan mütəxəssislər, dövlət və qeyri-dövlət qurumlarının, yerli, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. 

Gülayə Mecid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
18
1
unikal.az

2Источники