Bakı Slavyan Universitetində növbəti beynəlxaq tədbir - “İnklüziv təhsildən inklüziv cəmiyyətə; dayanıqlı və inklüziv universitet modeli” adlı konfrans keçirilir.
Tədbirdə çıxış edən Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev bildirib ki, bu beynəlxalq müzakirə platforması ali təhsil müəssisələrində, xüsusilə pedaqoji yönümlü ali təhsil ocaqlarında inklüziv təhsilin öyrənilməsi, düzgün formalaşdırılması, məzmununun zənginləşdirilməsi və nəticələrinin inkişafına xidmət edən mühüm bir təşəbbüs kimi formalaşıb.
Rektor qeyd edib ki, layihənin əsas məqsədi təhsil prosesində inklüzivliyin təmin olunmasından ibarətdir. Layihə bir neçə mərhələdən təşkil olunub. Və hədəfimiz təhsilin təşkilində hər kəsin bərabər şəkildə inkişafı baxımından məzmun və bacarıqlarını yaradılmasında və inkişafında rol oynamaqdan ibarətdir. Fiziki qüsurlu, sağlamlıq imkanları məhdud olan insanların təhsilin təşkil olunmasında xidmət edən dövlət proqramı ölkə rəhbərimiz tərəfindən imzalanmışdır. Dövlət proqramı çərçivəsində də ali təhsil müəssisələrinin üzərinə qoyulmuş tələblərdən biridir. Həmçinin, pedaqoji kadr hazırlığında inklüziv təhsilin tələblərini nəzərə almasından ibarətdir. Bakı Slavyan Universiteti də bu istiqamətdə də öz fəaliyyətini davam etdirir.
Onun sözlərinə görə, konfransın builki çağırışı dayanıqlı və inklüziv universitet modeli adlanır. Biz bu proses çərçivəsində Ali təhsil müəssisələrinin həm bir müəssisə olaraq, həm də hər hansı şəkildə inklüziv modelinin yaranma prosesinə şərait yaradırıq.
Nigar Orucova, "İki sahil"