RU

Türkiyə yığmasının üzvü bundesliqa klubunda qalası oldu

Karyerasını ''Hoffenhaym''da davam etdirən Ozan Kabakın gələcək taleyi ilə bağlı qeyri-müəyyənliyə nəhayət, son qoyulub.

"Football-plus.az" xəbər verir ki, Türkiyə yığmasının üzvünün bundesliqa təmsilçisi ilə müqaviləsi cari mövsümün sonuna qədər nəzərdə tutulmuşdu. Bu üzdən onunla bağlı son dönəmlərdə bir çox transfer şayiələri yayılmışdı. Ancaq Ozan ''Hoffenhaym''a sadiqlik nümayiş etdirib.

Klubdan verilən açıqlamada 26 yaşlı mərkəz müdafiəçisi ilə uzunmüddətli yeni müqavilə imzalandığı qeyd olunub. İstedadlı futbolçu imzanın ardından bunları deyib: ''Ağır və uzunmüddətli zədəm olarkən ''Hoffenhaym'' mənə ciddi dəstək vermişdi. Bu klub hər zaman mənə inandı. Buranın bir parçası olmaqda davam edəcəyim üçün xoşbəxtəm. Klubla birlikdə qarşıya qoyulan iddialı hədəflərə çatmaq istəyirəm''.

Həftənin əvvəlində Almaniya mətbuatında tərəflərin 2030-cu ilə qədər yeni anlaşma əldə etdikləri barədə xəbər dərc olunmuşdu. Orda həm də bildirilmişdi ki, 2027-ci ildən keçərli olmaqla anlaşmada sərbəstqalma maddəsi də mövcuddu. Amma məbləğ barədə dəqiq məlumat yoxdu. Ozan yeni müqavilənin sonuna qədər ''Hoffenhaym''da qalsa, peşəkar karyerasının 8 ilini bu kluba həsr etmiş olacaq. Çünki 2022-ci ildən ''kəndçilər''in şərəfini qoruyur. '

'Qalatasaray''ın yetirməsi olan və daha öncə ''Ştutqart'', ''Şalke-04'', ''Liverpul'' və ''Norviç''in də şərəfini qoruyan Ozan Kabak bu mövsüm 21 rəsmi oyunda aktivinə 4 qol yazıb. Türkiyə yığmasının Kosovonu minimal hesabla yenərək DÇ-2026-nın final mərhələsinə vəsiqə qazandığı son pley-off matçında Ozan start heyətində meydana çıxmışdı.

Избранный
29
football-plus.az

1Источники