RU

Texnologiya kənd təsərrüfatında: Çoban sürünü dronla İDARƏ EDİR – VİDEO

Türkiyədə çoban sürünü dron vasitəsilə idarə edir.

İnterpress.az xəbər verir ki, bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.

Türkiyənin Ərzurum şəhərində yaşayan bir çoban ənənəvi peşəsinə müasir texnologiya gətirib. Yerli sakin sürüsünü idarə etmək üçün artıq yerindən qalxmağa ehtiyac duymur.

O, dronun üzərinə zınqırov bərkidərək, bu qurğu vasitəsilə heyvanları istədiyi istiqamətə yönəldir və sürüdən ayrılan qoyunları bir hərəkətlə geri qaytarır.

Çobanın bu qeyri-adi üsulu sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Bu hadisə texnologiyaların hətta ənənəvi peşələrə belə necə uğurla inteqrasiya olunduğunun bariz nümunəsi kimi qiymətləndirilir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
25
interpress.az

1Источники