RU

Toqo BMT-ni xəritədə Afrikanın həqiqi ölçüsünü göstərməyə çağırır

Bakı, 16 aprel, AZƏRTAC

Toqo Respublikası Afrika ölkələrinin diplomatik təşəbbüsünə rəhbərlik edərək BMT ölkələrini qitənin miqyasını təhrif edən Merkator proyeksiya xəritəsindən imtina etməyə çağırıb.

AZƏRTAC “Le Figaro” nəşrinə istinadla xəbər verir ki, Afrika İttifaqı Toqoya hökumətlər və beynəlxalq təşkilatlar tərəfindən Merkator xəritəsindən istifadəyə son qoymaq məqsədi daşıyan “Xəritəni düzəldin” adlı kampaniyanı təşviq etməyi tapşırıb. “Africa No Filter” və “Speak Up Africa” assosiasiyalarının rəhbərlik etdiyi bu kampaniya, ölkələri həqiqi ölçülərində təsvir etməyə çalışan 2018-ci il “Equal Earth” (“Bərabər Yer”) proyeksiyasının qəbul edilməsini müdafiə edir. Tənqidçilər iddia edirlər ki, əslində, qitə təxminən 14 dəfə böyük olduğu halda, Qrenlandiyanı Afrikanın ölçüsü kimi təsvir edən Merkator proyeksiyası Afrikanın nəhəng ölçüsünə və əhalisinə baxmayaraq, marjinallaşma qavrayışını gücləndirir və bununla da mediada, təhsildə və dövlət siyasətində narrativlərə təsir göstərir.

Toqonun xarici işlər naziri Robert Düsseyə görə, Afrika qitəsinin dünya miqyasında göstərilən ölçüsü coğrafi cəhətdən qeyri-dəqiqdir.

Hazırda qətnamə layihəsi hazırlanır və sentyabr ayında BMT-də bu məsələ ilə bağlı səsvermənin keçirilməsi ehtimalı var.

Ötən ay BMT köləliyi “bəşəriyyətə qarşı ən ağır cinayət” kimi tanıyan və təzminat tələb edən Afrika tərəfindən dəstəklənən qətnaməni qəbul edib. Bütün Aİ ölkələri və Böyük Britaniya bu səsvermədə bitərəf qalıb, ABŞ, İsrail və Argentina isə onun əleyhinə səs verib.

Избранный
11
1
azertag.az

2Источники