RU

Birinci rübdə Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri açıqlanıb

Bakı, 16 aprel, AZƏRTAC

2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan Ermənistana 5,757 milyon dollar dəyərində mal ixrac olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Hesabata əsasən, bu göstərici Azərbaycanın ümumi ixracının 0,11 faizini təşkil edib.

Cari ilin mart ayında isə Azərbaycan Ermənistandan ilk dəfə olaraq 960 dollar dəyərində mal idxal edib.

Избранный
18
3
azertag.az

4Источники