RU

Binəqədi rayonunda əməliyyat: 54 kiloqram narkotik vasitə aşkarlandı (FOTO/VİDEO)

Bakı.Trend:

Binəqədi rayonunda 54 kiloqram narkotik vasitə aşkarlanıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumatverilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarıtərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlarkeçirilib.

Tədbirlər zamanı paytaxt ərazisində narkokuryerlik etməkdəşübhəli bilinən Elnur Məmmədovla tanışı Elmar Balışovdan 14kiloqram 131 qram tiryək, marixuana, Hikmət Kərimlidən 24 kiloqram256 qram marixuana, Vüsal İmanovdan 2 kiloqram 300 qram marixuana,eləcə də 500 ədəd psixotrop tərkibli həb, Mövlud Əliyevdən 7kiloqram 527 qram marixuana, həmçinin tiryək, Sənani Süleymanovdanisə 5 kiloqram 815 qram marixuana və tiryək aşkarlanıb.

Keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 54 kiloqramnarkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Saxlanılan şəxslər ifadələrində narkotikləri sosial şəbəkələrdətanış olduqları, şəxsiyyətləri istintaqla araşdırılan İranvətəndaşları vasitəsilə əldə etdiklərini və paytaxt ərazisindədövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağıplanlaşdırdıqlarını bildiriblər.

Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslərin hərbiri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiriseçilib.

Binəqədi
Избранный
31
30
az.trend.az

10Источники