525.az saytından alınan məlumata görə, ain.az bildirir.
Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri Bölməsində aparılan tədqiqatlar nəticəsində ilk dəfə olaraq Böyük Qafqazın cənub yamacında və Şərqi Zəngəzur regionunda nadir və nadir torpaq elementləri ilə zəngin yüksək perspektivli sahələr müəyyən edilib.
525.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun mineralogiya-geokimyəvi araşdırmaları zamanı üst təbaşir yaşlı metasomatitlərdə borun datolit və bakerit minerallaşması ilə təmsil olunan filizləşmə aşkar olunub.
Eyni zamanda Coğrafiya İnstitutunun apardığı ekogeokimyəvi analizlər nəticəsində Şərqi Zəngəzurda torpaq, süxur və bitki nümunələrində Terbiy, Indium, Ribidium, Itriyum, Palladium, Stronsium, Antimon, Arsen və Gümüş elementlərinin Yer qabığı üzrə orta göstəricidən 2-4 dəfə yüksək konsentrasiyada olduğu müəyyən edilib.
Bu nəticələr işğaldan azad edilmiş ərazilərin iqtisadi dövriyyəyə cəlb edilməsi, faydalı qazıntıların axtarışı və yüksək texnologiyalar üçün xammal təminatı baxımından yeni imkanlar açır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.