RU

Azərbaycanın təbii qaz ixracının həcmi artıb

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycan 1,883 milyard ABŞdolları dəyərində 6,257 milyard kubmetr təbii qaz (qaz halında)ixrac edib.

Trend bubarədə Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.

Məlumata görə, bu, ötənn ilin eyni dövrü ilə müqayisədə dəyərbaxımından 322,4 milyon ABŞ dolları və ya 14,6% az, həcm baxımındanisə 357,9 milyon kubmetr və ya 6,1% çoxdur.

Ümumiliikdə, bu ilin yanvar-mart aylarında Azərbaycan xariciölkələrlə 9,407 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatıaparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 2,642 milyard dollar vəya 21,9% azdır.

Xarici ticarət dövriyyəsinin 5,402 milyard ABŞ dolları ixracın,4,005 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 984 milyon dollar və ya 15,4%, idxal isə 1,658 milyard dollarvə ya 29,3% azalıb.

Yekunda xarici ticarətdə 1,398 milyard dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 675 milyon dollar və ya 1,9 dəfəçoxdur.

Məqalədə:
Избранный
21
3
az.trend.az

6Источники