RU

Pakistan ABŞ İran gərginliyində vasitəçi rolunu gücləndirir

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Pakistan Silahlı Qüvvələrinin komandanı Asim Munirin ABŞ-İran münaqişəsinin həlli üçün vasitəçilik səyləri çərçivəsində Tehrana səfərindən sonra ABŞ-yə gedəcəyi gözlənilir.

Redaktor.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, feldmarşal Asim Munir və Pakistanın daxili işlər naziri Möhsin Nəqvi Vaşinqton və Tehran arasında davam edən gərginliyin aradan qaldırılması məqsədilə vasitəçilik missiyasını davam etdirmək üçün hazırda İrandadırlar.

İran dövlət televiziyasının məlumatına görə, cümə axşamı günü İran rəsmiləri Tehranda Pakistan nümayəndə heyəti ilə görüş keçirərək İran-ABŞ danışıqlarının gedişatını və Vaşinqtonun irəli sürdüyü təklifləri ətraflı müzakirə etməyi planlaşdırırlar.

Qeyd edək ki, aprelin 11-də ABŞ və İran İslamabadda bir neçə raund danışıqlar aparıblar. Hər iki tərəfin açıqlamasına əsasən, mövcud fikir ayrılıqları səbəbindən münaqişənin uzunmüddətli həlli ilə bağlı razılıq əldə olunmayıb.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
10
1
redaktor.az

2Источники