RU

Türkiyədə məktəblərə silahlı hücum hadisələri ilə bağlı 83 nəfər həbs olunub

BAKI, 16 aprel. TELEQRAF

Məktəb hücumlarından sonra 83 nəfər həbs olunub, 940 hesab bloklanıb

Türkiyədə məktəb hücumları ilə bağlı aparılan araşdırmalar çərçivəsində 83 nəfər haqqında həbs qərarı verilib.

Təhlükəsizlik Baş İdarəsinin məlumatına görə, cinayəti və cinayətkarları tərifləyən, ictimai asayişə mənfi təsir göstərən paylaşımlar edən şəxslər müəyyən edilərək barələrində məhkəmə prosesi başlanıb.

Eyni zamanda 940 sosial media hesabına giriş bloklanıb, 93 Telegram qrup isə bağlanıb.

Qeyd olunub ki, Şanlıurfa və Kahramanmaraşda baş verən hadisələrlə bağlı araşdırmalar davam edir və şübhəlilərlə bağlı hüquqi proseslər çoxşaxəli şəkildə aparılır.

Избранный
36
teleqraf.com

1Источники