RU

İxrac olunan neft koksunun dəyəri 2 dəfəyə yaxın artıb

Bakı, 16 aprel, AZƏRTAC

2026-cı ilin yanvar-mart aylarında ölkədən neft koksunun ixracı 34,9 faiz artaraq 60,7 min ton təşkil edib.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ixrac edilən məhsulun dəyəri isə 1,7 dəfə artaraq 24 milyon 664,8 min ABŞ dolları olub.

Xatırladaq ki, 2025-ci ilin eyni dövründə Azərbaycandan 45,07 min ton və ya 14 milyon 445,5 min dollar dəyərində neft koksu ixrac edilib.

Избранный
18
azertag.az

1Источники