RU

Azərbaycan şahmatçıları Avropa çempionatında liderlik uğrunda mübarizə aparır

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycanlı qrossmeysterlər Aydın Süleymanlı və Nicat Abasov Polşanın Katovitse şəhərində keçirilən şahmat üzrə Avropa çempionatında liderlik uğrunda mübarizəni davam etdirirlər.

İdman.Biz xəbər verir ki, 8-ci turdan sonra Süleymanlı və Abasov hərəyə 6,5 xal toplayaraq 2-10-cu yerləri bölüşürlər. Əlavə göstəricilərə görə isə onlar müvafiq olaraq 4-cü və 6-cı pillədə qərarlaşıblar. Turnir cədvəlinə 7 xalla ispaniyalı David Gixarro başçılıq edir.

8-ci turda Aydın Süleymanlı gürcüstanlı Nikoloz Kaçarava ilə heç-heçə edib və növbəti partiyada turnirin lideri David Gixarro ilə üz-üzə gələcək. Nicat Abasov isə Türkiyə təmsilçisi Atila Kum üzərində qələbə qazanıb və 9-cu turda israilli Benni Ayzenberqlə qarşılaşacaq.

Uğursuz startdan sonra Məhəmməd Muradlı da irəliləyir. O, 8-ci turda çexiyalı Jiri Stoçek üzərində qələbə qazanaraq 6 xalla 22-ci yerə yüksəlib. Riad Səmədov da pis çıxış etmir - o, 5,5 xalla 36-cı pillədə qərarlaşıb.

Xatırladaq ki, Avropa çempionatı 11 turdan ibarətdir və ilk 20 yerə düşən şahmatçılar 2027-ci il Dünya Kubokuna vəsiqə qazanacaqlar.

Teymur Tuşiyev

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
30
icma.az

1Источники