RU

Universitetlərə qəbul imtahanının ikinci mərhələsinə qeydiyyat başlayır

Bakı. Trend:

Məlum olduğu kimi, ali təhsil müəssisələrinə tələbə qəbulu iləbağlı ərizələrin qəbulu iki mərhələdə olmaqla internet vasitəsiləaparılır. Ərizə qəbulunun birinci mərhələsi 2026-cı il fevralın18-dən martın 5-dək həyata keçirilib. Həmin mərhələdə ali təhsilmüəsssiələrinə (o cümlədən V ixtisas qrupu üzrə) və tam (11 illik)orta təhsil bazasında kollecə qəbul olmaq istəyənlər qeydiyyatdankeçiblər.

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-cimərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər2026-cı il aprelin 16-dan 29 aprel saat 23:59-dək şəxsi kabinetininistifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiqinternet səhifəsinə (https://eservices.dim.gov.az/erizebak/cehd1/) daxilolaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçibqeydiyyatdan keçməlidirlər.

Bu il tədris dili, riyaziyyat və xarici dil fənləri üzrəburaxılış imtahanı vermiş, lakin 18 fevral – 5 mart tarixlərindəaparılan ərizə qəbulunda iştirak etməyən cari ilin məzunlarınınmüraciətləri nəzərə alınaraq onların da I, II, III və IV ixtisasqrupları üzrə qəbul imtahanının ikinci mərhələsində iştirak etməküçün qeydiyyatdan keçməsinə imkan yaradılıb.

Müsabiqədə iştirak ödənişlidir.

Избранный
26
11
az.trend.az

10Источники