RU

Sinaqoqa hücum edənlər saxlanılıb

Yazını böyüt
Yazını kiçilt

Londonun şimalında yerləşən Finçli Reform sinaqoqunu yandırma cəhdindən sonra bir kişi və bir qadın saxlanılıb.

Hafta.az xəbər verir ki, hadisə yerinə içərisində benzin olduğu ehtimal edilən iki şüşə atılıb.

Hadisə həyatı təhlükəyə atan yandırma və antisemit nifrət cinayəti kimi araşdırılır. Polis əməkdaşları 47 yaşlı qadın və 46 yaşlı kişini Vatford ərazisində saxladığını bildirib.

Xatırladaq ki, ötən ay yəhudi icmasına məxsus xeyriyyə təşkilatına aid dörd təcili yardım avtomobili də yandırılmışdı. Hər iki hadisə ilə bağlı araşdırmalara terrorla mübarizə üzrə polis bölməsi cəlb olunub./BBC/

Избранный
18
1
hafta.az

2Источники