RU

Kiyevə ballistik raket zərbələri endirilib, ölənlər və yaralananlar var

Kiyev, 16 aprel, AZƏRTAC

Rusiya ordusu aprelin 16-na keçən gecədən etibarən Ukraynanın paytaxtı Kiyev şəhərinə ballistik raket zərbələri endirməyə başlayıb.

AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi məlumata görə, gecə saatlarından Kiyevdə partlayış səsləri eşidilməkdədir, hava hücumundan müdafiə sistemi aktiv işləyir.

Kiyev şəhər meri Vitali Kliçko “Teleqram” səhifəsində bildirib ki, Rusiyanın paytaxta hava hücumu nəticəsində iki nəfər - 12 yaşlı oğlan və 35 yaşlı qadın həlak olub, 10 nəfər yaralanıb. Həkimlər zərərçəkənlərdən altısını xəstəxanaya yerləşdiriblər.

Hazırda hava həyəcanı siqnalı davam edir.

Emil Hüseynli
AZƏRTAC-ln xüsusi müxbiri
Kiyev
Избранный
10
3
azertag.az

4Источники