RU

Leyla Əliyeva və Alena Əliyeva “İrəvan: tarixin və itirilmiş irsin əks-sədası” kitabının təqdimat mərasimində iştirak ediblər (FOTO)

Bakı. Trend:

Aprelin 15-də Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzindəfilologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın LeylaƏliyevanın dəstəyi ilə Azərbaycan, rus, ingilis və fransızdillərində çap olunmuş “İrəvan: tarixin və itirilmiş irsinəks-sədası” kitabının təqdimatı keçirilib.

Trend xəbər verir ki,təqdimat mərasimində Leyla Əliyeva və Alena Əliyeva iştirakediblər.

Tədbirdən əvvəl Azərbaycanın görkəmli oftalmoloq-alimi, akademikvə ictimai xadim Zərifə Əliyevanın anım günü ilə əlaqədar xatirəsibir dəqiqəlik sükutla yad olunub.

Sonra Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Annaİbrahimbəyova çıxış edərək, təqdim olunan kitabın maraqlı vəəhəmiyyətli olduğunu vurğulayıb, onun məhz bu məkanda təqdimolunmasından məmnunluğunu ifadə edib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarəHeyətinin sədri Rüfət Mahmud İçərişəhərin yalnız turizm deyil, eynizamanda, incəsənət, yaradıcılıq və intellektual mərkəz kimi mühüməhəmiyyətə malik olduğunu deyib, bu cür tədbirlərin keçirilməsininhəmin funksiyanın təzahürü olduğunu bildirib.

AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiyaİnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin rəhbəri, kitabınredaktoru Cəbi Bəhramov layihənin həm tarixi, həm də hüquqibaxımdan mühüm əhəmiyyət daşıdığını xatırladıb, İrəvanın qədimtarixə malik olduğunu və bölgədəki toponimlərin mənşəyinin çoxqədim dövrlərə təsadüf etdiyini vurğulayıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçıdirektoru Aygün Əliyeva isə çıxışında belə kitablarınhazırlanmasının və ictimaiyyətə təqdim olunmasının vacibliyinixüsusi qeyd edib.

Kitabın müəllifi Fəridə Səfiyeva irəvanlı olduğunu xüsusivurğulayaraq, bu əsəri yazmağın onun üçün, sadəcə, elmi fəaliyyətdeyil, həm də mənəvi məsuliyyət və borc olduğunu deyib. O qeyd edibki, doğma yurdunun tarixi, mədəni irsi və yaddaşı ilə bağlıhəqiqətlərin qorunub gələcək nəsillərə çatdırılması hər birirəvanlının üzərinə düşən mühüm vəzifədir.

Tədbir bədii hissə ilə davam edib, iştirakçılara maraqlı vəzəngin mədəni proqram təqdim olunub.

Qeyd edək ki, kitab İrəvan şəhərinin Azərbaycan xalqına məxsusqədim sivilizasiya və mədəniyyət mərkəzi olduğunu elmi əsaslarlasübut etməyə yönəlib. Əsərdə şəhərin çoxəsrlik tarixi, zənginmədəni irsi və onun formalaşmasında mühüm rol oynamışşəxsiyyətlərin həyat və yaradıcılığı geniş şəkildə tədqiq olunur.XIX–XX əsrlərdə baş vermiş faciəvi hadisələr nəticəsində İrəvanınazərbaycanlı kimliyinin məqsədyönlü şəkildə silinməsinə cəhdgöstərilməsinə baxmayaraq, onun həqiqi siması arxiv sənədlərində,fotoşəkillərdə və elmi mənbələrdə öz əksini tapıb. Bu tədqiqatəsəri həmin həqiqətlərin bərpasına, İrəvanın unudulmuş Azərbaycanmilli-mədəni irsinin öyrənilməsinə və gələcək nəsillərəçatdırılmasına xidmət edən mühüm elmi mənbədir.

Leyla
Leyla
Leyla
Leyla
Leyla
Leyla
Leyla
Leyla
Leyla
Leyla
Leyla
Избранный
32
15
az.trend.az

10Источники