RU

Sumqayıtın baş memarı bu səbəblərə görə işdən çıxarıldı

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Memarlıq və Şəhərsalma idarəsinin rəisini vəzifəsindən azad edib. 

"Unikal"ın əldə etdiyi məlumata görə, Rəşad Əhmədəliyev ərizəsi alınaraq işdən çıxarılıb. Onun işdən çıxarılmasına çoxsaylı şikayətlərin səbəb olduğu bildirilir. Belə ki, Rəşad Əhmədəliyev şəhid ailələrini, qaziləri və şəhər sakinlərini vaxtlı-vaxtında qəbul etmir, onların problemlərini həll etməkdən yayınırmış. Onun şəhərdə qeyri-qanuni tikintilərin aparılmasına icazə verilməsində də rolu olub. 

Qeyd edək ki, mediada Rəşad Əhmədəliyevin çoxsaylı avtomobilləri və obyektləri olması barədə də məlumat yayılmışdı.

Seymur Əli

Избранный
29
7
unikal.az

10Источники