RU

Gəncədə zəncirvari qəza oldu - Yaralılar var

Gəncədə zəncirvari qəza olub, xəsarət alanlar var.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan  "BMW", "Hyundai " ,"Ford Fusion " və "VAZ 2107" markalı minik maşınları toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Fakt üzrə  araşdırma aparılır.

Tural Əhmədov

Избранный
46
24
unikal.az

10Источники