"Barselona" klubunun prezidenti Joan Laporta Çempionlar Liqasının 1/4 final mərhələsində "Atletiko"ya qarşı keçirilən matçlardakı hakim qərarları ilə bağlı UEFA-ya yeni şikayət ünvanlayacaqlarını açıqlayıb.
QOL.az xəbər verir ki, insayder Fabrisio Romanonun yaydığı məlumata görə, klub rəhbəri baş verənlərlə barışmaq niyyətində olmadıqlarını bildirib:
"Biz bunu qəbul edə bilmərik. Artıq UEFA-ya şikayət etmişik və düşünürəm ki, daha birini də göndərəcəyik".
Xatırladaq ki, "Barselona" iki oyunun nəticəsinə əsasən "Atletiko"ya 2:3 hesabı ilə məğlub olaraq Çempionlar Liqası ilə vidalaşıb. Sözügedən komandalar arasında ilk matçın baş hakimi rumıniyalı İştvan Kovaç, cavab qarşılaşmasının referisi isə fransalı Kleman Türpen olub.
Qeyd edək ki, "Atletiko" 1/2 final mərhələsində "Sportinq" - "Arsenal" cütünün qalibi ilə üz-üzə gələcək.