RU

Paşinyan: Bizi sülhməramlı proseslərin inkişafı gözləyir

“Bu gün dövlətimizin perspektivləri əvvəlkindən daha əmindir və bu, ilk növbədə, 8 avqust 2025-ci ildə ABŞ-ın paytaxtı Vaşinqtonda Prezident Donald Trampın dəstəyi ilə bərqərar olan Ermənistan və Azərbaycan arasında sülh sayəsindədir”

"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, yaxın gələcəkdə Ermənistanı mühüm hadisələr, o cümlədən regional kommunikasiyaların və sülhməramlı proseslərin inkişafı gözləyir:

“Yaxın gələcəkdə bizi böyük və tarixi hadisələr gözləyir. Nəhayət, Ermənistanı təxminən 30 illik blokadadan çıxaracaq “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” layihəsinin həyata keçirilməsi və əlbəttə ki, dövlətlərimiz və xalqlarımız arasında düşmənçiliyin daha da aradan qaldırılmasını təmin edəcək Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında Sülh və Dövlətlərarası Münasibətlər haqqında Sazişin imzalanması və təsdiqlənməsi”.

 


Telegram kanalımız
Избранный
6
1
yenisabah.az

4Источники