Demokrat.az saytına istinadən ain.az xəbər verir.
Ermənistanın siyasi tarixində 2018-ci ilə qədər maraqlı bir tendensiya müşahidə olunub. Uzun illər ərzində ölkənin ali rəhbərliyində təmsil olunan şəxslərin demək olar ki, heç biri hazırkı Ermənistan ərazisində dünyaya gəlməyib.Bu rəhbərlər fərqli ölkələrdə doğulsalar da, Ermənistanda hakimiyyəti ələ keçirərək uzun müddət işğalçı və xarici qüvvələrin maraqlarına xidmət edən siyasət yürüdüblər.Ölkənin ilk prezidenti Levon Ter-Petrosyan 1945-ci il yanvarın 9-da Suriyanın Hələb şəhərində doğulub. Ondan sonra hakimiyyətə gələn Robert Koçaryan və Serj Sarkisyan isə Azərbaycan torpaqlarında dünyaya göz açıblar. Hər iki şəxs 1954-cü ildə Xankəndi şəhərində doğulub və sonradan Ermənistanın siyasi elitasında rəhbər vəzifələrə yüksəliblər. Robert Koçaryan avqustun 31-də, Serj Sarkisyan isə iyunun 30-da anadan olub.Bu silsiləni 2018-ci ildə hakimiyyətə gələn Nikol Paşinyan qırıb. 1975-ci il iyunun 1-də İcevan şəhərində anadan olan Paşinyan müasir Ermənistan tarixində ölkə daxilində doğulub rəhbər kürsüsünə oturan ilk şəxs kimi qeyd olunur. Bununla da ölkənin idarəçiliyində onilliklər boyu davam edən "yadelli" liderlər dövrü başa çatıb. (modern)Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.