RU

Azərbaycan bp ilə neft-qaz hasilatı potensialının inkişafını müzakirə edib

Bakı. Trend:

Azərbaycan və bp neft-qaz hasilatı potensialının inkişafınımüzakirə ediblər.

Trend xəbərverir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov"X" hesabında paylaşım edib.

"bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regionalprezidenti Ciovanni Kristofoli ilə görüşdə neft-qaz hasilatıpotensialının inkişafı, elektrikləşmə və 2027-ci ildə istismaraverilməsi nəzərdə tutulan günəş elektrikstansiyası da daxil olmaqlaəməkdaşlığımızın prioritetlərini müzakirə etdik", - paylaşımda qeydedilib.

bp 30 ildir Azərbaycanda fəaliyyət göstərir və ölkədəki ən böyükxarici investordur. Burada bp hazırda dünyanın ən böyük neftyataqlarından biri olan Azəri-Çıraq-Günəşli yatağının və eynidərəcədə böyük qaz yatağı hesab edilən Şahdəniz yatağınınoperatorudur.

“Biz Azərbaycanda hökumət, SOCAR və digər tərəfdaşlarla mükəmməltərəfdaşlıqlar qurmuşuq. Xəzər regionundakı 30 illik uğurlu iştəcrübəmizlə biz bu dünya səviyyəli layihələri təhlükəsiz, etibarlıvə səmərəli şəkildə həyata keçirə bilən aparıcı operatoruq.

Biz beynəlxalq enerji standartlarına cavab verən layihələrəinvestisiya yatırmağa davam edəcəyik və Xəzər regionuna sənayedəkiən mürəkkəb və qabaqcıl texnologiya və ekspertizanıgətirəcəyik.

Biz bu hövzədə yeni layihələri – AÇG yatağının sonrakı mərhələdəişlənməsi (müddəti uzadılmış yeni saziş çərçivəsində), AYDS,Şəfəq-Asiman və digər potensial layihələri uğurla həyata keçirməküçün bu unikal təcrübə və biliklərə söykənəcəyik”, - bp-ninməlumatında qeyd edilib.

Məqalədə:
Избранный
27
1
az.trend.az

2Источники