RU

NATO parçalanır: Aktiv işlər start götürdü - Pərdəarxası məqamlar

Prezident Donald Trampın ABŞ-nin NATO-nu tərk etməsi barədə verdiyi davamlı bəyanatlardan sonra  Avropa ölkələri  "Avropa NATO”sunun yaradılması istiqamətdə müzakirələrə başlayıb.

Hakimiyyet.az WSJ-yə istinadən  xəbər verir ki, Avropa ölkələri ABŞ-ın iştirakının mümkün azalması və ya Alyansdan tamamilə çıxması halında NATO daxilində “Avropa NATO-su” planının reallaşdırılması hazırlıqlarına başlayıblar və bu istiqamətdə qeyri-rəsmi şəkildə, müttəfiqlər arasında pərdəarxası görüşlər və məsləhətləşmələr aparılır. Məqsəd Alyansa alternativ yaratmaq deyil, onun strukturunu Avropanın müdafiə məsələlərində əhəmiyyətli dərəcədə daha böyük rol oynadığı ssenariyə uyğunlaşdırmaqdır.

“Avropa NATO-sunda” əsas aparıcı rolun Almaniyanın oyanayacağı bildirilir. Almaniya uzun müddətdir ki, ABŞ-ın təhlükəsizlik qarantı kimi rolunu şübhə altına almaqdan yayınırdı. Lakin ötən ilin sonlarında kansler Fridrix Merz bu mövqeyini yenidən nəzərdən keçirməyə başladı və Trampın Ukraynaya dəstəyindən imtina etməyə hazır olduğu qənaətinə gəldi. Mənbələrə görə, o, həmçinin ABŞ prezidentinin müharibədə təcavüzkarla qurbanı çaşdırdığına və ABŞ-ın NATO-dakı siyasətinin artıq aydın dəyərlərə malik olmadığına inanır.

Almaniyanın müdafiə naziri Boris Pistorius NATO daxilində müzakirələrin çətin olduğunu, lakin Avropa üçün yeni imkanlar aça biləcəyini etiraf edib. O, NATO-nu "həm Avropa, həm də ABŞ üçün əvəzolunmaz" adlandırdı.

"Amma o da aydındır ki, biz avropalılar müdafiə üçün daha çox məsuliyyət daşımalıyıq və bunu edirik. NATO transatlantik olaraq qalmaq üçün daha avropalı olmalıdır", - alman nazir  bildirib.

İsveçin Almaniyadakı səfiri Veronika Vand-Danielsson bildirib ki, biz ehtiyat tədbirləri görürük və lazım gələrsə, NATO-dakı boşluqları doldurmaq üçün eyni düşüncəli tərəfdaşlar qrupu ilə qeyri-rəsmi danışıqlar aparırıq.

Nəşr onu da qeyd edib ki, hələlik heç bir Avropa ölkəsi ABŞ-ı hərbi lider kimi əvəz edəcək təsirə malik deyil, qismən də ona görə ki, orada ABŞ-ın təmin etdiyi tam hüquqlu "nüvə çətiri" yoxdur.

 

Mürtəza

Избранный
10
2
hakimiyyet.az

3Источники