RU

AZAL-ın təyyarə qəzası ilə bağlı SON DƏQİQƏ: Qazaxıstandan MÜHÜM AÇIQLAMA

Qazaxıstanda "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmalar İCAO standartlarına uyğun olaraq davam etdirilir.

Musavat.com xəbər verir ki, Qazaxıstanın Nəqliyyat Nazirliyindən verilən məlumata görə, komissiyanın işi başa çatana qədər istintaqın gedişatı barədə məlumatlar açıqlanmayacaq.

Nazirlikdən izah edilib ki, tətbiq olunan bu məhdudiyyətlər aviasiya hadisələrinin araşdırılmasına dair milli qaydalar çərçivəsində həyata keçirilir.

Xatırladaq ki, 25 dekabr 2024-cü il tarixində Aktau hava limanı yaxınlığında baş vermiş "Embraer 190" (4K-AZ65 bort nömrəli) tipli təyyarənin qəzası ilə bağlı Qazaxıstanın Baş Nəqliyyat Prokurorluğu tərəfindən məhkəməyəqədər istintaq aparılır. Cinayət işi iki və daha çox şəxsin ölümü ilə nəticələnən təhlükəsizlik qaydalarının pozulması maddəsi üzrə qaldırılıb.

Rəsmi qurumlar hadisənin hərtərəfli və obyektiv öyrənilməsi üçün bütün zəruri tədbirlərin görüldüyünü vurğulasa da, istintaq sirri olduğu üçün detalların hələlik yayılmadığını bildiriblər.

Musavat.com

Избранный
6
musavat.com

1Источники