RU

Karapetyan Rusiya vətəndaşlığından imtina edir

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Samvel Karapetyan Ermənistanda parlament seçkilərində iştirak etmək üçün xarici ölkə vətəndaşlıqlarından imtina prosesinə başladığını açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə Karapetyan məhkəmənin ilk iclasında çıxışı zamanı məlumat verib.

O bildirib ki, seçkilərdə iştirak edəcəyinə və qələbə qazanacağına inandığı üçün Rusiya və Kipr pasportlarından imtina etmək qərarına gəlib.

Qeyd edək ki, Samvel Karapetyana qarşı Ermənistanda cinayət işi açılıb və o, ev dustaqlığındadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
11
axar.az

1Источники