"Football-plus.az" xəbər verir ki, bu haqda o, öz sosial şəbəkə hesablarında paylaşım edib.
Hacı Əliyev yazıb:
"Bu gün həyatımda unudulmaz günlərdən biri oldu. Hacı Əliyev olaraq DövlətSərhəd Xidmətinin rəisi cənab general-polkovnik Elçin Quliyev tərəfindən mayor rütbəsinə layiq görülmək mənim üçün böyük şərəf və məsuliyyətdi. Göstərilən etimada görə təşəkkür edir, Vətənə xidmət yolunda daha böyük əzmlə çalışacağımı bildirirəm. Azərbaycan Respublikasına xidmət edirəm!"