RU

ABŞ-də qatar qəzası: kimyəvi sızma qeydə alındı

ABŞ-ın Nyu-Cersi ştatının "North Bergen" bölgəsində baş verən qatar qəzası nəticəsində yük qatarına məxsus 13 vaqon relsdən çıxıb.

Hadisə Tonnelle bulvarı yaxınlığında qeydə alınıb. Qəza zamanı vaqonlardan ən azı birindən kimyəvi maddə sızdığı müəyyən edilib və əraziyə təhlükəli maddələrlə işləyən xüsusi qruplar cəlb olunub.

Qəza səbəbilə "Route 3" şossesi və ətraf yollar nəqliyyat üçün bağlanıb.

Hazırda aidiyyəti qurumlar sızmanın nəzarət altına alınması istiqamətində iş aparır.

Избранный
15
aznews.az

1Источники