“Bloomberg” agentliyi yayımladığı strateji təhlildə bildirib ki, ABŞ Hörmüz boğazı uğrunda mümkün qarşıdurmada üstünlük əldə edə bilməz və İran bu kritik bölgəyə nəzarəti saxlamaq qabiliyyətini artıq sübut edib.
Təhlildə qeyd olunur ki, Tehran coğrafi üstünlük və hərbi vasitələr hesabına bu vacib boğucu nöqtədə nəzarəti qoruyaraq istənilən xarici müdaxilənin dəyərini artırmağa qadirdir.
“Bloomberg” müəlliflərindən birinin yazdığı analitik yazıda ABŞ prezidenti Donald Trampın İranın Hörmüz boğazı üzərindən ixracını tam bloklamaq təhdidinin Tehranı təslim olmağa məcbur etməyəcəyi vurğulanır.