
ABŞ Hörmüz boğazı uğrunda mümkün qarşıdurmada üstünlük əldə edə bilməz və İran bu kritik bölgəyə nəzarəti saxlamaq qabiliyyətini artıq sübut edib.
Missiya.Az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazı dərc edib.
Bildirilib ki, İran coğrafi üstünlük və hərbi vasitələr hesabına bu vacib boğucu nöqtədə nəzarəti qoruyaraq istənilən xarici müdaxilənin dəyərini artırmağa qadirdir.
Qeyd olunub ki, ABŞ Prezidenti Donald Trampın İranın Hörmüz boğazı üzərindən ixracını tam bloklamaq təhdidi Tehranı təslim olmağa məcbur etməyəcək.
Daşqın HəsənovMissiya.Az