RU

Qədir Xəlilov: Xaricdə təhsil üzrə qəbul prosesində süni intellekt alətlərindən istifadə ediləcək

Xaricdə təhsil üzrə Dövlət Proqramına qəbul prosesində ilk dəfə olaraq süni intellekt alətlərindən istifadə ediləcək.

APA xəbər verir ki, bunu “2022-2028-ci illər üçün Dövlət Proqramına” sənəd qəbulu ilə bağlı jurnalistlərə açıqlamasında Dövlət Proqramı İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov deyib.

O qeyd edib ki, bu, qəbul prosesinin şəffaflığını və qəbulun düzgün həyata keçirilməsini təmin etmək üçün müsbət bir addım olacaq:

“Çünki sənədlərin işlənməsi vaxt aparır, bu səbəbdən müasir alətlərdən istifadə edilməsi prosesi daha effektiv və sürətli edəcək”, - o bildirib.

Qədir Xəlilov qeyd edib ki, Dövlət Proqramı çərçivəsində 33 ölkənin 230-dan çox universitetinin 4000-dən artıq proqramı əhatə olunur.

Избранный
33
8
apa.az

10Источники