RU

“ABŞ NATO tərəfdaşlarından xərac alır” - Zaxarova

“ABŞ NATO tərəfdaşlarından sanki asılı dövlətlər kimi xərac alır və alyans daxilində təhdidlər yaradır”.

Missiya.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Bütün NATO-ya üzv ölkələr Şimali Atlantika Alyansı daxilində ABŞ-yə müntəzəm olaraq xərac verirlər, çünki Vaşinqtonun bəyan etdiyi kimi, ABŞ guya onlar üçün məsuliyyət daşıyır və onların təhlükəsizliyini təmin etməyə hazırdır", - deyə siyasətçi vurğulayıb.

Zaxarova bildirib ki, müqavilə ilk olaraq iştirakçılar arasında bərabərliyi nəzərdə tuturdu, lakin hazırkı vəziyyət fərqlidir:

"Formal olaraq bərabərlikdən danışılır, amma praktikada bəzi ölkələr digərlərindən asılı vəziyyətə salınır, sanki onlar tərəfdaş yox, vassallardırlar", - deyə siyasətçi əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Избранный
14
missiya.az

1Источники