RU

Dünya Bankı müharibədən zərər görmüş Yaxın Şərq ölkələrinə 100 milyard dollar ayıra bilər

Dünya Bankı Yaxın Şərqdə müharibədən ciddi zərər görmüş ölkələr üçün qarşıdakı 15 ay ərzində 80 milyard dollardan 100 milyard dollara qədər maliyyə vəsaiti səfərbər edə bilər.

“Reuters”un məlumatına görə, bunu Dünya Bankının prezidenti Ajay Banga bildirib.

O qeyd edib ki, bu məbləğ COVID pandemiyası dövründə ayrılmış 70 milyard dollarlıq dəstəyi üstələyir.

Onun sözlərinə görə, bu paketə yaxın aylarda böhran reaksiyası mexanizmi vasitəsilə 20–25 milyard dollar daxil ola bilər. Bu mexanizm ölkələrə əvvəlcədən təsdiqlənmiş proqramlardan vəsaitin 10%-ə qədər hissəsini planlaşdırılandan daha tez istifadə etməyə imkan verir. Bundan əlavə, təxminən altı ay ərzində mövcud proqramların yenidən istiqamətləndirilməsi yolu ilə daha 30–40 milyard dollar cəlb edilə bilər.

Избранный
26
2
apa.az

3Источники