RU

“İki gün ərzində Pakistanda ABŞ İran görüşü baş tuta bilər”

Marja.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, iki gün ərzində Pakistanda ABŞ və İran arasında yeni görüş keçirilə bilər.

Tramp Amerikanın "New York Post" qəzetinə telefonla verdiyi qısa müsahibədə ABŞ ilə İran arasında artan gərginliklə bağlı fikirlərini bölüşüb.

Ötən həftəsonu Pakistanın paytaxtı İslamabad şəhərində uğursuz nəticələnən danışıqlardan sonra prosesin necə davam edəcəyi ilə bağlı suala cavab verən Tramp yeni görüş mərhələsinin mümkün olduğunu istisna etməyib.

Tramp hazırda İslamabadda olan "New York Post" müxbirinə bildirib:

“Orada qalmağınız həqiqətən vacibdir, çünki qarşıdakı iki gün ərzində nələrsə baş verə bilər və biz ora getməyə meylliyik. Bu mümkündür, bilirsiniz niyə? Çünki Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Asim Münir çox yaxşı iş görür.”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
15
16
marja.az

10Источники