RU

İran səmasında Mi-28 hücum helikopterləri müşahidə edilib

BAKI, 15 aprel. TELEQRAF

İran Hərbi Hava Qüvvələri Tehranın üzərində ən azı iki ədəd Mi-28 hücum helikopterindən istifadə edib.

Teleqraf xəbər verir ki, bu barədə “Military Watch Magazine” nəşri məlumat yayıb.

Məlumata görə, helikopterlərin paytaxt üzərində uçuşu ABŞ və İsrail tərəfindən bir ay davam edən intensiv bombardmanlardan sonra İranın döyüş aviasiyası imkanlarını nümayiş etdirmək məqsədi daşıyıb.

Ekspertlər hesab edir ki, bahalı hərbi texnikanın qorunub saxlanılması ölkənin müdafiə potensialının davamlı olduğunu göstərir.

Qeyd olunur ki, Mi-28 helikopterləri hazırda İranın silahlanmasında olan yeganə hücum tipli helikopterlərdir. Mütəxəssislərin fikrincə, bu texnika hələlik döyüşlərdə tətbiq edilməsə də, raket hücumları və pilotsuz uçuş aparatlarının zərbələrinin qarşısının alınmasında rol oynaya bilər.

Xatırladaq ki, daha əvvəl Rusiya Təhlükəsizlik Şurasında İranın hələ də kifayət qədər silah ehtiyatına malik olduğu bildirilib.

Избранный
13
50
teleqraf.com

10Источники