AZ

Yeraltı raket bazalarına gedən yollar açılır

İran raket qurğularının yerləşdiyi yeraltı bazaların girişlərini bağlayan dağıntıların təmizlənməsi işlərini aktivləşdirib.

Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Peyk görüntülərində yükləyicilərin tunelləri qırıntılardan və digər maneələrdən təmizləyərək onları özüboşaldan yük maşınlarına yüklədiyi əks olunub.

Bu hərəkətlər ABŞ və İsrailin İran bazalarının girişlərini məhv etməyə yönəlmiş son zərbələri fonunda baş verir. Belə əməliyyatların məqsədi Tehranı yerin altında yerləşən raket arsenalına çıxış imkanından məhrum etmək idi.

Amerika kəşfiyyatının qiymətləndirmələrinə görə, bir ay davam edən hərbi əməliyyatlardan sonra İranın raket qurğularının təxminən yarısı zədələnməmiş qalıb. Lakin onların bir çoxu aviazərbələr nəticəsində bloklanmış ola bilər.

Seçilən
14
31
publika.az

10Mənbələr