RU

Reytinqlərdə “Uzak Şehir”ə böyük şok

"Uzak Şehir" serialında son bölümdən sonra izləyicilərin mənfi rəyləri artıb, reytinqlərdə isə diqqətçəkən eniş qeydə alınıb.

Musavat.com  xəbər verir ki,  serialın baş rollarını Sinem ÜnsalOzan Akbaba paylaşır. Uzun müddət bazar ertəsi günlərinin zirvəsində olan layihədə son dəyişikliklər izləyici marağına mənfi təsir göstərib.

Son bölümlərdə Ceren Moray tərəfindən canlandırılan “Meryem” obrazının süjetə daxil olması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilər tərəfindən “hekayə zəifləyib”, “klişeləşib” kimi tənqidlər səsləndirilib və bu narazılıq reytinqlərdə də özünü göstərib.

ApSx_jnVLx1K-4kM8fiB48Qe-zWgrPMy_xRsTJ2efAMlL43KxwYAZJTcuja-H-WZoI3echIZPB7fzaz6yyXJ7Uz9daiTN-lxQCcIZPhbf2UYiSgF8EdBj9uzkZ3vicbmsmMaWit1KbE-gEb8SnrStwYGdY72PwipmY0-YTN1pgPUOZNKt_4kqw9AsDkDBxJr.png

Eyni gün yayımlanan digər layihələr – “Delikanlı” reytinqlərini artırarkən, “Cennetin Çocukları” isə fərqli kateqoriyalarda eniş yaşayıb. Bu da rəqabətin daha da sərtləşdiyini göstərir.

Digər tərəfdən, serialın baş qəhrəmanlarından Sinem Ünsal barədə narkotik istintaqı çərçivəsində ifadə verdiyi bildirilib. Məlumata görə, aktrisa çəkilişlərin getdiyi Mardin şəhərindən ayrılaraq ifadə verib və aparılan testin nəticəsi mənfi çıxıb.

Könül

Musavat.com

Избранный
21
2
musavat.com

3Источники