RU

Rauf Rüstəmli “Kəpəz”i darmadağın etdi

Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Karvan-Yevlax - Kəpəz (Gəncə) 4:1 (2:0)99. Pedro Mateuş – 6,021. İmani Barker – 6,05. Emin Rüstəmov – 6,033. Eltun Turabov – 7,013. Vüsal Məsimov – 6,5(37. Mois Nqvisani, 83) – qiymətsiz6. Vadim Abdullayev (k) – 5,516. Rauf Rüstəmli – 7,52. Şakil Sno – 6,011. Kayl Spens – 7,0(10. Samuel Durrant, 83) – qiymətsiz20. Coy Sleyd Mikels – 6,0(17. Samir Abdullayev, 83) – qiymətsiz14. Uğur Cahangirov – 6,0(19. Tompson Qavi, 71) – 5,0Ehtiyat oyunçular1. Kamran İbrahimov25. Əmrah Bulud8. Peter Kings4. Olavale DoyeniBaş məşqçi: Fizuli MəmmədovKomandanın ən yaxşısı: Rauf Rüstəmli33. Yusif İmanov – 6,014. Adama Fofana – 5,024. Olavale Onanuqa – 4,54. Mate Abuladze – 5,07. Ehtiram Şahverdiyev – 5,5(5. Rauf Hüseynli, 83) – qiymətsiz12. Mahamadu Ba – 5,588. Şakir Seyidov – 5,56. Camal Cəfərov – 5,0(17. Ümid Səmədov, 46) – 5,577. Fərid Nəbiyev – 6,5(99. Əli Səmədov, 83) – qiymətsiz11. Rəhman Hacıyev – 6,09. Luis Paçu (k) – 6,0Ehtiyat oyunçular22. Məmməd Hüseynov81. Elgün Bayramov20. Elcan Əbilov23. Fərid Kələntərov66. Arzu Atakişiyev21. Sadiq Şəfiyev80. Şahnur İsmayılov57. Amur Yusifov10. Rinosuke OhoriBaş məşqçi: Azər BağırovKomandanın ən yaxşısı: Fərid NəbiyevQollar: R.Rüstəmli, 38 (1:0, K.Spens). R.Rüstəmli, 45+1 (2:0, K.Spens). F.Nəbiyev, 49 (2:1, L.Paçu). E.Turabov, 65 (3:1,V.Məsimov). R.Rüstəmli, 90+4 (4:1).Vərəqələr: O.Onanuqa, 31 (qeyri-idman hərəkəti). E.Şahverdiyev, 38 (hakimin qərarına etiraz). İ.Barker, 50 (qeyri-idman hərəkəti). E.Turabov, 86 (oyunun bərpasının ləngidilməsi) - sarı.Hakimlər: NİCAT İSMAYILLI, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Ruslan Quliyev (hamısı Bakı).VAR hakimi: Emin Əliyev (Bakı).VAR hakiminin köməkçisi: Elçin Məsiyev (Bakı).Hakim-inspektor: Ramil Diniyev (Bakı).AFFA nümayəndəsi: Novruz Əzimov (Bakı).10 aprel. Yevlax. Şəhər stadionu. 2500 tamaşaçı (6000 yerlik).Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.Oyunun qiyməti: 6,0.Afişada autsayderlərin duelinin maraqlı keçəcəyini yazsaq da, bu qədərini ağla gətirməmişdik. Əlbəttə, favoritlər heç də həmişə qələbə qazanmır. Lakin kimsə əvvəlcədən “Qarabağ”dan xal alandan sonra “Qəbələ”yə uduzan “Kəpəz”in mövsüm ərzində cəmi bir qələbəsi olan “Karvan-Yevlax”a böyük hesabla uduzacayını desəydi, ona gülərdik. Hələ onu demirik ki, yevlaxlıların vitse-prezidenti Kənan Kərimovun oyundan əvvəl qəzetimizə verdiyi “Kəpəz”lə oyun bizim üçün dönüş nöqtəsi olacaq” açıqlamasını bir çox gəncəli azarkeş gülüşlə qarşılamışdı. Düzdü, matç “sarı-göylər” üçün pis başlamadı. Yusif 6-cı dəqiqədə Mikelsin, bir qədər sonra Onanuqanın zərbələrini zərərsizləşdirdi. Bəli-bəli, düz oxuduz, çünki qolkiper nigeriyalının qeyri-dəqiq ötürməsindən sonra topa vaxtında yiyələndi. Əks halda, Mikels növbəti dəfə bəxtini sınaya bilərdi. 32-ci dəqiqədə bir daha hücuma keçən meydan sahibləri yenə uğursuz oldu. Burda təxminən 15 metr məsafədən cərimə zərbəsini yerinə yetirən Vüsal qeyri-dəqiqliklə yadda qaldı. Yevlax təmsilçisi qol istəyinə 38-ci dəqiqədə çatdı: Spensin ötürməsini qəbul edən Rauf cərimə meydançasına daxil olar-olmaz topu tora qovuşdurdu. Belədə “Kəpəz”in daha fəal oyununa şahidlik edə bilərdik. Ancaq meydan sahiblərinin fərqi artırması planı pozdu. Daha doğrusu, Rauf Spensin 45+1-ci dəqiqədə etdiyi ötürmədən də maksimum faydalandı.İkinci hissə “Kəpəz”in fərqi azaltmasıyla başladı. 48-ci dəqiqədə cərimə meydançasına daxil olan “sarı-göylər” Paçunun ötürməsi, Fəridin qolu sayəsində dönüş imkanı əldə etdi. İş ondadı ki, yevlaxlılar gəncəlilərə şans tanımaq niyyətində deyildi. Rəqibi küncə sıxan komanda 57-ci dəqiqədə Mikelsin ardıcıl zərbərləriylə üstünlüyünü möhkəmləndirməyə çalışsa da, Yusif hər iki təhlükəni sovuşdurdu. Bir qədər sonra Rauf het-trik müəllifi olmağın astanasından döndü. Daha dəqiqi, Yusif yenə vəzifəsinin öhdəsindən gəldi. Ardınca qolkiperin Mikelsin daha bir zərbəsini dəf etdiyini görsək də, Eltun adını tabloya yazdırdı. O, bunu Vüsalın ötürdüyü topu cərimə meydançasının kənarından birbaşa “çərçivə”yə göndərməklə bacardı. Son nöqtəni isə Rauf qoydu. Onanuqanın qeyri-dəqiq ötürməsi üzündən topu ələ keçirən gənc müdafiəçi 90+4-cü dəqiqədə het-trikə imza atdı.Beləliklə, “Karvan-Yevlax” sona 6 tur qalmış premyer-liqada qalmaq ümidini az da olsa, dirçəltdi. KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
26
1
icma.az

2Источники