RU

Qəzzada ölənlərin sayı 73 minə çatır



İsrailin 2023-cü ilin oktyabr ayından Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 73 minə çatıb.

Newscenter.az Fələstin Hökumətinin Səhiyyə Nazirliyinə istinadən bildirir ki, bu müddət ərzində 72.336 nəfər həlak olub. Qeyd edilən dövrdə 172.213 nəfər isə yaralanıb.

Səhiyyə Nazirliyinin yazılı açıqlamasında qeyd edilir ki, təkcə son 24 saat ərzində Qəzzada xəstəxanalara 3 ölü və 11 yaralı gətirilib.

Qəzzada atəşkəsin qüvvəyə minməsindən bəri isə İsrail hücumlarında 757 nəfər ölüb, 2111 nəfər yaralanıb.

Qəzza zolağında hələ də minlərlə cəsədin dağıntılar altında qaldığı bildirilir.

Mehman
Избранный
19
1
newscenter.az

2Источники