"Söhbət bizim millətimizə, xalqımıza gələndə orada heç vaxt biganə qala bilmərəm. Əgər mənim millətimə söz atıb, təhqir edirlərsə, cavabını verməliyəm. Cavab verməsəm, ürəyimdə qalır".
Ölkə.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova türkiyəli müğənni Hadisə haqqında deyib. O, Hadisənin Bakı konserti zamanı Azərbaycan xanımlarının çox makiyaj etməsindən danışmasına sərt münasibət bildirib:
"Xoşuma gəlmədi, sözümü dedim. Deyir ki, Azərbaycan qadını çox makiyaj edir. Sən kimsən belə deyəsən? Hər şeyi şişirdirsən. Mən bir-bir saymayacağam. Səhnədə insan yaxşı görsənməlidir, amma o qədər yox. Həddini aşırsan və hədd aşmaqdan danışırsan".
Qeyd edək ki, B.Dadaşova sosial şəbəkədə də şərh yazaraq Hadisəni tənqid etmişdi.